
Yaş: 16
Boy : 1.80
Çəki: 54
Göz rəngi : Şabalıdı
Saç rəngi: Qəhvəyi
Nicat Əkrəm 4 sentyabr 2006 – cı ildə Şəki şəhərində dünyaya gəlib. 4 yaşından Bakıda yaşayıb və 2012 –ci ildə Bakı şəhər 35 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Məktəb illərində teatra, tamaşalara böyük sevgisi olan Nicat,səhnə arxasına xüsusi maraq göstərib. 2023- cü ildə məzun olan Nicat hazırda Azərbaycan Mədəniyyət və İncəsənət universitetinə qəbul olmağa hazırlanır.
Nicat Əkrəm Azərbaycan Film Akademiyası MMC-nin nəzdində fəaliyyət göstərən Postmodern Aktyorluq Məktəbinə 15 aprel 2021 – ci ildə qatılıb və akademiyada təhsil aldığı müddətdə onlarla teatr tamaşalarında, filmlərdə rol alıb. İlk rol aldığı tamaşa Rəsul Yunanın Duel əsəri əsasında qurulan Duel tamaşası olub. O az yaşına baxmayaraq, böyük işlərə imza atıb. Özünün rejissoru olduğu tamaşalardan biri olan "Mahmud və Məryəm" teatr tamaşası, Azərbaycanda ilk gözü bağlı oynanılan tamaşa kimi teatr tarixinə düşüb.
Elçin Əfəndiyevin eyni adlı əsərinin motivləri əsasında qurduğu bu tamaşaya yazarın özünün də çox böyük rəğbəti yaranıb. Elçin bəy Nicat Əkrəmi şəxsən təqdir edib və bu tamaşanın bənzərsiz olduğunu bildirib.
Peşəsinin aşiqi olan Nicat Əkrəm bu sahədə dayanmadan çalışır və buna görə də Azərbaycan Film Akademiyasının əvəzolunmaz aktyorlarından birinə çevrilib.
Rol aldığı teatr tamaşaları
Duel – Pakistanlı ( ilk tamaşası) (Rəsul Yunan)
Dəcəl keçi – Qoca ( Pərvin Nurəliyevanın eyni adlı əsəri əsasında)
Nə əkərsən, onu biçərsən – Səttərqulu (Nəcəf bəy Vəzirov)
Sonrakı peşmanlıq fayda verməz – Salman bəy (Nəcəf bəy Vəzirov)
Mənim qaynanam - Elburus (Qeorqi Kuqayev)
Vaveyla – Qoca kişi ( Əbdülrəhim bəy Haqverdiyev)
Gülməli pullar – dedektiv serjant Deyvenport ( Rey Kuni)
Romeo və Juliet – Romeo ( Viliam Şekspr)
Uğursuz Sevgi - Quldur/Qaraçı ( Viktor Hüqonun Paris Noterdam əsərinin motivləri əsasənda)
Evlənmə - Kaçkayov ( Nikolay Vasiyeviç Qoqol)
İstehkam – Qoca (Kobo Abe)
Qoğal – Tülkü
Mahmud və Məryəm – Mahmud ( Elçin Əfəndiyev)
Filmoqrafiyası
Terapiya otağı – Ceyhun
Tükəzban – kişi ( qısa metrajlı aksiyon filmi)
Möcüzələr Akademiyası – Cəfər
Həyat Nə Qəribəsən – Jurnalist Çələbi
Rejissoru olduğu teatr tamaşaları və talk show
Mahmud və Məryəm (Elçin Əfəndiyev)
Bahar. Sarayın Yolu – Nicat Əkrəm
Şərq Ekspresində Qətl - Aqata Kristi
Baməzə talk show – Zet B qrupu
Azərbacan Film Akademiyası MMC-nin tərkibində fəaliyyət göstərən Aktyorluq kursu, Rejissorluq kursu, Operatorluq kursu , Uşaq Aktyorluq Məktəbi peşəkar kadr yetişdirməyə davam edir.